İdman

Tomas Bax Tokio səfərini təxirə salıb

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Yaponiyanın paytaxtı Tokioya səfərini təxirə salıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb Asiya ölkəsində koronavirus pandemiyasına yoluxanların sayının artmasıdır.
Tokio Yay Olimpiya Oyunlarının ev sahibini mayda ziyarət etməli olan Bax səfəri iyulun 12-dək təxirə salıb. Qurum başçısının Olimpiya məşəlinin estafetində iştirak etməli və baş nazir Yesihide Suqa ilə görüşməsi planlaşdırılırdı. Təxirəsalmadan sonra Bax açılış mərasimindən cəmi 11 gün öncə Tokioya gedəcək.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-də avqustun 8-dək keçiriləcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button