Cəmiyyət

Tovuzda 9 il əvvəl avtoqəzada ölən şəxsin yaxınları axtarılır

Tovuzda 9 il əvvəl ölən piyadanın yaxınları axtarırılır.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb Mərkəzinə verilən məlumata görə, 19 noyabr 2012-ci ildə Bakı-Qazax avtomagistral yolunun 423-cü km-də avtomobil naməlum piyadanı vurmuş, piyada aldığı xəsarətdən Tovuz rayon Mərkəzi Xəstəxanasında ölüb.
Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.
Həmin kişinin əlamətləri belədir: yaşı 48-52 arası, orta bədən quruluşlu, saçları qaradır. Əynində qara manto, qara rəngli pencək, qara şalvar olub.
Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-94; (050) 237-81-81 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button