Cəmiyyət

Tovuzda taxıl sahəsindəki yanğın söndürüldü- YENİLƏNİB

Tovuzda biçilməmiş taxıl sahəsində baş vermiş yanğın söndürülüb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Əlimərdanlı kəndində qeydə alınmış yanğın artıq söndürülüb.
Yanğın nəticəsində 30 sot taxıl, 2 hektar sahədə isə quru ot yanıb. Yanğının başvermə səbəbləri araşdırılır.
17.39
Tovuz rayonunda taxıl sahəsində yanğın hadisəsi baş verib.”Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Əlimərdanlı kənd ərazisində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button