Cəmiyyət

Toy kortejində avtomobil aşıb, ölən və yaralananlar var – SİYAHI

Qusarda avtomobil aşıb, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə hadisə, Qusar-Şahdağ yolunun 26-cı kilometrliyində qeydə alınıb.
Ənix kənd sakini, Əmirgünə Firdovsi oğlu Əmiraslanovun idarə etdiyi “Opel”markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili dərəyə aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb.
Ölən:
1993-cü il təvəllüdlü İsmixan Ədalət oğlu Şəkərov.
Yaralılar:
1994-cü il təvəllüdlü Əmirgünə Firdovsi oğlu Əmiraslanov,
1993-cü il təvəllüdlü Abuçin Osman oğlu Osmanov,
1994-cü il təvəllüdlü Tofiq Əziz oğlu Kərimov.
Qəza zamanı vəfat edən sərnişin İ.Şəkərovun meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar isə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button