İqtisadiyyat

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 20%-dək azalıb

Bu ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 13 623,0 min ton, yük dövriyyəsi isə 3 225,1 milyon ton-km olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,8% və 8,7% azdır. 
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yüklərin 7581,4 min tonu və ya 55,7%-i avtomobil nəqliyyatı, 4 435,3 min tonu və ya 32,5%-i dəmir yolu nəqliyyatı, 1606,3 min tonu və ya 11,8%-i dəniz nəqliyyatı ilə daşınıb.
Məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 23,7%-i və ya 3 229,2 min tonunu tranzit yüklər təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button