Dünya

Trampın müttəfiqi casusluqda ittiham olunur

ABŞ-ın keçmiş prezidenti Donald Trampın andiçmə komitəsinin sədri Tom Barrak Birləşmiş Ərəb Əmirlikəri hökumətinə casusluq etmək ittihamı ilə saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 2016-cı ilin dekabrında Barrak BƏƏ rəsmiləri ilə görüşüb və onları Tramp administrasiyasını cəlb etmək istədikləri xarici siyasət məsələlərinin siyahısını hazırlamağı tapşırıb.
Ədliyyə Nazirliyinə görə, 2017-ci ildən bəri, Barrak, Vaşinqtonun Yaxın Şərqdəki xarici siyasəti ilə əlaqədar mövzularda Amerika hökumətinin nümayəndələrinə qeyri-rəsmi olaraq məsləhət verib.
Barrak, həmçinin 20 iyun 2019-cu ildə dindirilmə zamanı federal hüquq-mühafizə orqanlarının işçilərinə yalan danışmaqda da ittiham olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button