Dünya

Tropik qasırğa Hindistanın şərq sahillərini vurub

Benqal körfəzində meydana gəlmiş “Yaas” tropik qasırğası çərşənbə günü səhər saatlarında Hindistanın şərq sahillərini vurub.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə NDTV kanalı Hindistanın Meteorologiya Departamentinə istinadən məlumat yayıb.
Növbəti bir neçə saat ərzində qasırğa ölkənin şərq sahillərini keçərək, güclü yağış və sürəti saatda 155 kilometrə çatan küləyə səbəb olacaq.
Sahil bölgələrindən, təxminən, 3,5 milyon insan təxliyə edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button