Dünya

Tunis sahillərində gəmi qəzası nəticəsində onlarla insan həlak olub

Tunis sahillərində baş vermiş gəmi qəzası nəticəsində Liviyadan Aralıq dənizi vasitəsilə İtaliyaya keçməyə cəhd göstərən 23 afrikalı miqrant boğulub.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinin Tunis nümayəndəsi “Reuters” agentliyinə bildirib.
“(Tunisin-red) Hərbi Dəniz Qüvvələri 70 miqrantı xilas etdi, eyni zamanda Liviyadan Avropaya dəniz yolunda 23 nəfər qayıqda batdılar”, – o deyib.
Təşkilatın nümayəndəsi əlavə edib ki, hadisə zamanı gəmidə 90-dan çox insan olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button