İqtisadiyyat

“Türk axını” kəməri ilə qazın nəqli dayandırılacaq

22-29 iyun tarixlərində “Türk axını” qaz kəmərinin dəniz hissəsində planlı təmir işləri aparılacaq.
“APA-Economics” “Anadolu”ya istinadən xəbər verir ki, təmir işləri kəmərin operatoru olan “South Stream Transport B.V.” şirkəti tərəfindən aparılacaq.
“Kəmərin hər iki dəniz hissəsindən təbii qazın tədarükü 22-29 iyun tarixləri arasında planlaşdırılmış illik profilaktik və yoxlama işləri ilə əlaqədar müvəqqəti dayandırılacaq”, – şirkətin məlumatında deyilir.
Qeyd edək ki, “Türk axını” kəməri Rusiya qazını Türkiyəyə və daha sonra Avropaya çatdırır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button