İqtisadiyyat

Türkiyə-Azərbaycan investisiya forumu keçirilib – FOTO

Türkiyə ilə Azərbaycan arasında investisiya forumu keçirilib.
“APA-Economics” xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, görüşdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla iki ölkə arasındakı ticarət əlaqələri ilə bağlı məsələlər müzakirə olunub.
O həmçinin Xarici İqtisadi Əlaqələr Şurası başda olmaqla, bu təşkilatda əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Xatırladaq ki, Türkiyə Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında birinci yerdədir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button