Dünya

Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” Kommunal Helikopteri Dizayn Təşkilatından lisenziya alıb.
“Report” xəbər verir ki, məlumatı Türkiyənin Aviasiya və Kosmik Sənayesi qurumunun tvitter hesabı yayıb.
Bildirilib ki, “GÖKBEY” Türkiyənin hava məkanında daha bir mərhələni uğurla keçib. Bu, helikopterin standartlara uyğun olması və kütləvi istehsala başlaması deməkdir.
Bir müddət əvvəl isə “Hürkuş” adlı helikopterə sertifikat verilmişdi.
Qeyd edək ki, “GÖKBEY” bütövlükdə Türkiyə texnologiyası əsasında hazırlanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button