Dünya

Türkiyə DİN başçısı: “7 terrorçu zərərsizləşdirilib”

Türkiyə jandarm qüvvələri mayın 16-da “Eren-2” və “Eren-13” antiterror əməliyyatları nəticəsində terrorçu PKK qruplaşmasının 7 silahlısını zərərsizləşdirib.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tvitter səhifəsində bildirib.
Onun yazdığına görə, Şırnakda Cudi dağının Tuşimiya bölgəsində keçirilən “Eren-13” antiterror əməliyyatı çərçivəsində 5, Diyarbakır əyalətinin Kulp rayonunun Yaylak ərazisində keçirilən “Eren-2” əməliyyatı nəticəsində isə 2 terrorçu zərərsizləşdirilib. Antiterror əməliyyatları davam edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button