Dünya

Türkiyə ermənilərinin patriarxı 1915-ci il hadisələrinin siyasiləşdirilməsini pislədi

“Bəzi ölkələrdə xalqımızın acısını və əcdadlarımızın müqəddəs xatirəsinin gündəlik siyasi məqsədlər üçün alətə çevrilməsini görmək bizi üzür”.

“Anadolu” bildirir ki, bunu Türkiyə ermənilərinin patriarxı Saak Maşalyan deyib.

Onun sözlərinə görə, onilliklərlə müəyyən dairələrin parlamentlərdə bu məsələni (1915-ci il hadisələri)  qaldırmaq cəhdləri ilə bağlı gərginlik iki xalqın yaxınlaşmasına xidmət etmir, əksinə, sülhü uzadır və düşmənçiliyi daha da dərinləşdirir.

Maşalyan bildirib ki, dostluq körpüləri yaratmaq və səmimi olmaq lazımdır: “Belə bir atmosfer olarsa, tarixi hadisələrin qiymətləndirilməsi daha konstruktiv və tam ola bilər. Ümid edirik ki, üçüncü ölkələr prosesləri stimullaşdırmaq üçün məhz bu istiqamətdə addımlar atacaqlar”.

O qeyd edib ki, 106 il əvvəl baş vermiş hadisələri iki xalqın birgə tarixinin 1000 illik tarixində kədərli istisna kimi qəbul etmək lazımdır.

“Münasibətlər dostluq və birgə fayda üzərində qurulmalıdır. Ümid edirik ki, mehriban qonşuluq ənənələri Türkiyə və Ermənistan rəsmi qurumlarının dialoqunun fəallaşmasına da təsir göstərəcək”, – deyə Patriarx vurğulayıb.

Maşalyanın sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan həm Baş nazir, həm də Prezidentliyi dövründə bu tarixi məsələ ilə bağlı Türkiyə Respublikasının siyasi mesaj verən yeganə dövlət xadimi olub.

Erməni patriarx əmindir ki, Türkiyə liderinin Qafqazda 6 dövlətin iştirakı ilə dialoq platformasının yaradılması təşəbbüsü region xalqları arasında çoxdan gözlənilən sülhə gətirib çıxara bilər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button