Dünya

Türkiyə hərbçiləri PKK terrorçularını zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Şimşek” antiterror əməliyyatı zonasında PKK-nın üç silahlısı zərərsizləşdirilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tvitterdəki səhifəsində bildirib.
Məlumata görə, terrorçular mağaralardan birində gizləniblər, amma vaxtında aşkar ediliblər.
Onların gizləndiyi mağarada silah arsenalı, o cümlədən iki snayper tüfəngi, iki AK-74 avtomatı, 35 əl qumbarası, iki RPQ-7 qumbaraatanı, böyuk kalibrli pulemyot və xeyli sayda döyüş sursatı aşkarlanıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button