Dünya

Türkiyə iki ölkəyə aviareysləri bərpa edir

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə THY-nin İdarə Heyətinin sədri Bilal Ekşi deyib.

Məlumata görə, aviaşirkət Böyük Britaniya və Danimarkaya uçuşları bərpa edəcək. Uçuşlar hökumətlər arasında əldə edilən razılığa əsasında həyata keçiriləcək.

Qeyd olunur ki, Böyük Britaniyadan və Danimarkadan olan sərnişinlər yola düşməzdən əvvəl son 72 saat ərzində mənfi PZR testi əldə etməlidirlər.

Türkiyə 2020-ci il dekabr ayının sonunda bu ölkələrlə hava əlaqələrini bağlayıb (bu ölkələrdə koronavirus mutasiyalarının aşkarlanması ilə əlaqədar).

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button