İdman

Türkiyə ilə oyunöncəsi İtaliya yığması daha bir itki ilə üzləşib

AVRO-2020-nin açılış matçında Türkiyə ilə qarşılaşacaq İtaliya millisi daha bir problemlə üzləşib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Marko Verratti bu gün baş tutacaq görüşü buraxmalı olacaq.
Zədəsi davam edən PSJ-nin orta sahə oyunçusunun ilk görüşü buraxacağı açıqlanıb. Ona qədər isə digər yarımmüdafiəçi Manuel Pelleqrini zədələndiyi üçün iştirak ərizəsindən çıxarılıb.
Qeyd edək ki, Roma Olimpiya Stadionunda keçiriləcək Türkiyə – İtaliya oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button