Dünya

Türkiyə kəşfiyyatı PKK-nın daha bir fəalını zərərsizləşdirib

Türkiyənin Milli İstikbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində keçirdiyi əməliyyat nəticəsində adı “qara siyahı”da olan terrorçu PKK-nın tanınmış silahlılarından Ulaş Doğanı zərərsizləşdirib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, Ulaş Doğanın adı qırmızı bülletenlə axtarılanların siyahısında olub.
Məlumata görə, o, İraqın şimalında türklərə qarşı sensasiyalı hücum etməyi planlaşdırırmış. Doğan son vaxtlar İraqın şimalındakı şəhərlərdə mülki əhalini Türkiyəyə qarşı fəaliyyət göstərməyə cəlb edirmiş. O, terror hücumları etmək məqsədilə İraqın şimalındakı Türkiyə vətəndaşları barədə məlumat toplayırmış.
MİT bu terorçunu Süleymaniyyə əyalətinin Qaladizə rayonunda iyunun 13-də keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button