Dünya

Türkiyə məhkəməsi Sedat Peker barədə həbs qərarı çıxarıb

Ankara İkinci Sülh Cəza Məhkəməsi Türkiyənin beynəlxalq axtarışa verdiyi mütəşəkkil cinayətkar qruplaşma rəhbəri Sedat Peker barəsində həbs qərarı çıxarıb.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, qərar Ankara Baş Prokurorluğunun təqdimatı əsasında qəbul olunub.
Prokurorluqdan bildirilib ki, S.Peker barəsində hazırda cinayət işinin istintaqı aparılır: “Cinayət törətməkdə şübhəli bilinən Sedat Peker hazırda xaricə qaçıb gizlənib və buna görə də Ankara Baş Prokurorluğunun təqdimatı ilə Ankara İkinci Sülh Cəza Məhkəməsi mayın 26-da onun barəsində həbs qərarı çıxarıb”.
Qeyd edək ki, S.Peker hazırda Mərakeşdədir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button