İdman

Türkiyə millisi AVRO-2020 üçün toplanışa başlayır

AVRO-2020-nin iştirakçılarından Türkiyə millisi bu gündən bir araya gələcək.
Apasport.az saytının məlumatına görə, komanda Antalyada təlim-məşq toplanışına başlayacaq.
Ölkə kubokunun finalına qatılan futbolçular sabah, legionerlər isə iştirak etdikləri çempionatda mövsüm başa çatdıqdan sonra düşərgəyə qoşulacaq. Toplanış çərçivəsində baş məşqçi Şenol Günəş ilk yoxlama matçını mayın 27-də Alanyada Azərbaycan millisinə qarşı keçirəcək. Ayın 31-də Şimali İrlandiya görüş rəqibin səfərdən imtinası səbəbindən ləğv olunsa da, Türkiyə Futbol Federasiyası həmin günə rəqib tapmağa çalışır.
“Ay-ulduzlular” hazırlığın ikinci mərhələsi üçün iyunun 2-də Almaniyaya yollanacaq, ertəsi gün AVRO-2020 öncəsi Paderborn stadionunda son yoldaşlıq görüşündə Moldovanı sınağa çəkəcək. Komanda qitə birinciliyinin açılış matçında üz-üzə gələcəyi İtaliya ilə oyun üçün iyunun 10-da Romaya yollanacaq. Ayın 11-dəki qarşılaşmanın ertəsi Bakıya gələcək Türkiyə millisi qrup mərhələsinin digər iki görüşünə hazırlığını paytaxtımızda davam etdirəcək. Qardaş ölkə təmsilçisi iyunun 20-nə qədər Bakıda məskunlaşacaq.
Qeyd edək ki, iyunun 11-də Romada İtaliya ilə qarşılaşacaq Türkiyə yığması ayın 16-da Uels, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button