Dünya

Türkiyə Prezidentinin sözçüsü ABŞ-ın milli təhlükəsizlik müşaviri ilə danışıb

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ilə ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan arasında telefon danışığı olub.
“Report”un məlumatına görə, söhbət zamanı ikitərəfli münasibətlər başda olmaqla Suriya, Liviya, Şərqi Aralıq dənizi, Əfqanıstan və Kipr məsələləri müzakirə olunub.
Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Baydenin iyunun 14-də Brüsseldə baş tutacaq NATO sammitində təkbətək görüşünə hazırlıqla bağlı da fikir mübadiləsi aparılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button