Dünya

Türkiyə Sahil Mühafizə Qüvvələri miqrantları dənizdə batmaqdan xilas etdi

Türkiyənin Sahil Mühafizə Qüvvələrinə məxsus hərbi təyyarə dənizdə batmaqda olan onlarla miqrantı xilas edib.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə İzmirdə olub. Səfərihisar rayonunun sahillərində keçirilən xilasetmə əməliyyatı nəticəsində 32 nəfər qanunsuz miqrant xilas olunub.
Qeyd edək ki, onlar Yunanıstan tərəfindən geri qaytarılıb. Miqrantlara Türkiyə tərəfindən yardım göstərildikdən sonra onlar aidiyyəti qaydada yerli miqrasiya qurumuna təhvil verilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button