İqtisadiyyat

Türkiyə şirkətləri bu il Azərbaycanda 543 mln. dollar dəyərində tikinti işləri yerinə yetirib

Bu ilin yanvar-iyun aylarında Türkiyənin podratçı şirkətləri tərəfindən xarici ölkələrdə həyata keçirilən layihələrin ümumi dəyəri 6,5 mlrd. ABŞ dolları təşkil edib.
“APA-Economics” “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Podratçılar Assosiasiyasının (Türkiye Müteahhitler Birliği – TMB) hesabatında bildirilir. 
Qeyd olunur ki, hesabat dövründə Türkiyənin inşaat şirkətləri 33 ölkədə 100 layihəni tamamlayıb. TMB üzvləri yaxın illərdə xaricdəki layihələrə hər il 20 mlrd. dollar cəlb etmək niyyətindədirlər. Onların orta müddətdə illik xarici gəlirlər üçün hədəfləri 50 mlrd. dollardır.
Hesabatda göstərilir ki, 1,3 mlrd. dollarlıq sövdələşmə ilə cari ilin ilk yarısında yerli podratçılar üçün ən böyük bazar Zambiya olub. Ardıcıl olaraq ilk beşliyə Sloveniya (748 mln. dollar), Qazaxıstan (674 mln. dollar), Azərbaycan (543 mln. dollar) və Rusiya (405 mln. dollar) daxildir. 
Hesabatda polad və sementin qiymətlərində gözlənilməz artım sektora əlavə yük olduğu da qeyd olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button