Dünya

Türkiyə və ABŞ prezidentləri arasında görüş başa çatıb – YENİLƏNİB

Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başa çatıb.
“Report”un məlumatına görə, görüşdə Türkiyə-ABŞ münasibətləri, o cümlədən ikitərəfli əlaqələr müzakirə edilib. Təkbətək görüş nümayəndə heyətlərinin görüşü ilə davam etdirilib.
Qeyd edək ki, təkbətək görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilib və 45 dəqiqə davam edib. Nümayəndə heyətlərinin görüşü isə 40 dəqiqə sürüb. ABŞ prezidenti Co Bayden Ərdoğanla görüşün çox yaxşı keçdiyini bildirib.
20:15
Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başlayıb.
“Report”un məlumatına görə, görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilir.
Ərdoğanın görüş başa çatdıqdan sonra mətbuat konfransı keçirəcəyi bildirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button