Dünya

Türkiyə və Çinin xarici işlər nazirləri görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanın paytaxtı Daşkənddə çinli həmkarı Van İ ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı nazirlər iki ölkə prezidentlərinin son telefon danışığı zamanı müzakirə etdikləri ikitərəfli əlaqələr və regional inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, görüş Daşkənd şəhərində keçirilən “Mərkəzi və Cənubi Asiya: Regional əlaqələr, yoxlamalar və fürsətlər” mövzusundakı beynəlxalq konfrans çərçivəsində baş tutub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button