Dünya

Türkiyə və Rusiya Ağdamdakı birgə monitorinq mərkəzinin fəaliyyətini müzakirə edib

İyunun 8-də Rusiya ilə Türkiyə xarici işlər naziri müavinləri arasında Moskva şəhərində məsləhətləşmələr aparılıb.
“Report” xəbər verir ki, Rusiya XİN-dən verilən məlumata görə, Suriya, Qarabağ, Yaxın Şərq kimi münaqişələrin həllilə bağlı siyasi məsələlər müzakirə olunub. Münaqişə bölgələrində gərginlik mənbələrini aradan qaldırmaq, davamlı atəşkəsə nail olmaq, əlaqəli şəkildə humanitar yardımları artıraraq qaçqınları geri qaytarmaq istiqamətində əlavə tədbirlərə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin Qarabağda bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət edən birgə mərkəzin fəaliyyəti yüksək qiymətləndirilməklə Cənubi Qafqazda iqtisadi əlaqələrin, nəqliyyat yollarının açılması üçün işlərin davam etdirilməsi qərarlaşdırılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button