Dünya

Türkiyə yeni PUA-nı uğurla sınaqdan keçirib

Türkiyə “AKINCI S-1” adlı yeni pilotsuz uçuş aparatının sınaq uçuşunu keçirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının ixtiraçısı Səlcuq Bayraktar tvitter səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, uçuş uğurlu olub.
S.Bayraktar “AKINCI S-1”in kütləvi istehsalına başlandığını bildirib.
Qeyd edək ki, yeni PUA-nı “Baykar makina” şirkəti istehsal edəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button