Dünya

Türkiyədə Atakule qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Türkiyənin paytaxtı Ankaranın Atakule qülləsi 28 May Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
“Report”un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün tvitterdəki hesabında bildirib.
İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub. Eyni zamanda qüllənin rəngli tablosunda “Azərbaycanın milli günü mübarək olsun!” təbriki yazılıb.
Qeyd edək ki, Atakule qülləsi Ankaranın rəmzi hesab edilir.

Ankara, #Türkiye pic.twitter.com/ey1uze6zCA— Leyla Abdullayeva (@LAbdullayevaMFA) May 28, 2021



REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button