Gündəm

Türkiyədə azərbaycanlı şəhidin adına orta məktəb açılacaq

Türkiyənin Balıkesir şəhərində ikinci Qarabağ müharibəsində şəhid olmuş Məmmədağa Səfərovun adı yeni açılacaq orta məktəblərdən birinə verilərək əbədiləşdiriləcək.

“Report”un Türkiyə bürosu xəbər verir ki, bunu Balıkesir valisi Hasan Şıldak Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşündə bildirib.

Qeyd edək ki, Məmmədağa Səfərov Balıkesir Universitetinin Mühəndislik fakültəsində oxuyarkən təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanıb. O, ötən il oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button