Dünya

Türkiyədə FETÖ əməliyyatı: Yüksək rütbəli hərbçilər saxlanıldı

Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən şəxslərə qarşı geniş əməliyyat həyata keçirilib, saxlanılanlar var. “HaberGlobal” məlumat verir ki, istintaq İzmir və İstanbul Baş Prokurorluğu tərəfindən başladılıb.

Əməliyyat nəticəsində 459-u hərbçi olmaqla 532 şəxs barədə həbs qərarı çıxarılıb.

Qeyd olunur ki, saxlanılan hərbçilər arasında Türkiyə Jandarma Qüvvələrinin, Quru Qoşunları Komandanlığının, Hava Qüvvələri Komandanlığı və Dəniz Qüvvələri Komandanlığının yüksək rütbəli hərbçiləri var.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button