Dünya

Türkiyədə gündəlik yoluxma sayı 59 mini keçdi

Türkiyədə son sutka ərzində koronavirus (COVID-19) infeksiyasından daha 273 nəfər dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 24 saatda həm də 59 min 187 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 962 min 760, pandemiya qurbanlarının sayı isə 34 min 455 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 424 min 733 pasiyent (son sutkada 52 104 nəfər) sağalaraq evə buraxılıb.

Bu arada məlum olub ki, hökumətin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində karantin rejiminin qismən sərtləşdirilməsi barədə qərar qəbul edilib.

Qapanma tədbirləri Ramazan ayının ilk iki həftəsini əhatə edəcək.

Hökumətin qərarına əsasən, ölkə üzrə həftəsonu qadağalar qüvvədə qalacaq, həftəiçi küçəyə çıxma qadağasının müddəti isə saat 19:00-dan 05:00-dək müəyyən edilib.

Bundan əlavə, şəhərlərarası səyahətə qadağa qoyulub, kafe və restoranlar, həmçinin digər xidmət sahələri Ramazan ayının sonunadək bağlanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button