Dünya

Türkiyədə iqtidarın layihəsinə qarşı çıxan 10 admiral həbs olundu

Türkiyədə Monro konvensiyası ilə bağlı yayılan bildirişi dəstəkləyən istefada olan 10 admiral şübhəli şəxs qismində saxlanılıb, daha 4 şübhəliyə isə 3 gün ərzində polisə müraciət etmələri üçün bildiriş göndərilib.

Bu barədə aprelin 5-də “Anadolu” agentliyi Ankara Baş Prokurorluğuna istinadən məlumat yayıb.

İstefada olan 103 admiralın bazar günü yayılan məktubunda Monro konvensiyasının Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenliyini bərpa edən diplomatik qələbə olduğu bildirilir. Məktubda Bosforla paralel çəkilməsi planlaşdırılan, Mərmərə dənizi ilə Qara dənizi birləşdirəcək “İstanbul” kanalı layihəsinə görə həmin razılaşmanın yenidən gözdən keçirilməsinin yolverilməzliyi qeyd olunun. Müraciətdə həmçinin Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın yeni konstitusiyanın hazırlanması çağırışları fonunda indiki konstitusiyanın saxlanılmasının zəruriliyi vurğulanıb və “Türkiyə hərbi qüvvələrinin Atatürkün cızdığı yoldan uzaqlaşdığını göstərmək cəhdləri” qınanılıb.

Türkiyə parlamentinin spikeri Mustafa Şentop, vitse-prezident Fuat Oktay, prezident administrasiyasının kommunikasiyalar departamentinin rəhbəri Fəxrəddin Altun, prezidentin mətbuat katibi İbrahim Kalın və bir neçə nazir admiralların bəyanatını qınayan çıxışlar ediblər. Türkiyənin müdafiə naziri özünün yazılı bəyanatında bildirib ki, müraciət müəlliflərinin “gözünü həsəd tutub və onlar ölkənin hərbi qüvvələrinin uğurlarını görmürlər”, müraciət isə “orduya və demokratiyaya zərər vurmağa yönəlib”. Ankara prokurorluğu admiralların məktubu ilə əlaqədar araşdırmaya başladığını bildirib.

Ərdoğan daha əvvəl bildirmişdi ki, Monro konvensiyasının boğazlardan keçid haqqında müddəaları layihələşdirilən “İstanbul” kanalına aid edilməyəcək. Xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, kanal layihəsi Türkiyənin Monro konvensiyasından imtinasına yönəlməyib.

1936-cı ildə imzalanan Monro konvensiyası bütün ölkələrin ticarət gəmilərinin həm müharibə, həm də sülh zamanı boğazlardan sərbəst keçidinə təminat verir. Amma Qara dəniz və qeyri-Qara dəniz ölkələrinin hərbi gəmilərinin boğazlardan keçid rejimi fərqlidir. Qeyri-Qara dəniz ölkələrinin hərbi gəmiləri üçün əhəmiyyətli məhdudiyyətlər mövcuddur.

toplum.tv

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button