Dünya

Türkiyədə sərnişin avtobusu aşıb: 1 nəfər ölüb, 10-u yaralanıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, avtobus Siirtdən Ankaraya gedərkən gecə saatlarında Adana yolunda idarəetməni itirərək aşıb.
Qəza nəticəsində 31 sərnişindən biri hadisə yerində dünyasını dəyişib, 10 nəfər isə yaralanıb. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Avtobusun sürücüsü saxlanılıb. İlkin ehtimala görə, sürücü sürət həddini aşıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button