Dünya

Türkiyədə terrorçu PKK-nı maliyyələşdirməkdə şübhəli bilinənlərə qarşı əməliyyat keçirilir

Türkiyənin 5 əyalətində terrorçu PKK-ya maliyyə yardımı etməkdə şübhəli bilinən 105 nəfərin tutulması istiqamətində əməliyyat keçirilir.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyatda 1 200 şəxs heyət iştirak edir.
Bildirilib ki, əməliyyat Diyarbakır, İstanbul, Ankara, Adana, Aydın əyalətlərində 136 müxtəlif ünvanlarda eyni vaxtda başlayıb.
Əməliyyat Diyarbakırın Lice, Hazri və Kocaköy rayonlarında qanunsuz narkotik maddələrin satışından əldə edilən gəliri terrorçu PKK-a qruplaşmasına ötürməkdə şübhəli bilinən 105 nəfərin saxlanılması üçün keçirilir.
Məlumata görə, “Narko-Terör Finans-2” adlı ən genişmiqyaslı sayılan əməliyyatı Jandarm Xüsusi Təyinatlıları, Jandarm Komandosu, Jandarm Narkotik qaçaqmalçılığına qarşı mübarizə şöbəsi keçirir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button