Dünya

Türkiyədə zəncirvari qəzada 20-dən çox avtomobil toqquşub, yaralılar var

Türkiyədə zəncirvari yol qəzası qeydə alınıb.
Bu barədə “Report” “Habertürk”ə istinadən xəbər verir.
Məlumata görə, hadisə Kocaelidə, yerli vaxtla saat 04:45-də olub. Belə ki, yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə aralarında yük avtomobilləri də olmaqla, 20-yə yaxın nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində çoxlu sayda insan xəsarət alıb. Lakin yaralıların dəqiq sayı açıqlanmır. Hadisə yerinə təcili yardım maşınları, yol polisi və xilasedicilər cəlb edilib.
Məlumata görə, hadisəyə yağıntılı hava şəraiti ilə əlaqədar yolun sürüşkənliyi səbəb olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button