Dünya

Türkiyədən Şimali Kiprə çəkilən su kəmərinin açılışı olub

“Müasir içməli suyun təmizlənməsi və nəqli xətti ilə Şimali Kipri içməli su ilə tamamilə təmin etdik”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına su nəqli tunelinin açılışı tədbirində bildirib.
“Dünyada misilsiz olan bu layihənin ötürmə xəttindəki nasazlığı ən qısa zamanda həll etdik. Bu gün suvarma-ötürmə tunelini açırıq”, – o bildirib.
Rəcəb Tayyib Ərdoğan Şimali Kipr türklərinin ədalətsizliyin nə olduğunu yaxşı bildiyini vurğulayıb: “30 ildir Şimali Kipr su qıtlığı yaşayırdı. Bu problemi həll etmək üçün Türkiyədən içmək və suvarmaq məqsədilə su nəql edilməsi gündəliyə gəldi. Dənizin altından 250 metr dərinlikdən Türkiyədən Şimali Kiprə xətt çəkilib. Su kəmərinin uzunluğu 5,7 km-dir”.
Kəmərin tikintisinə 2020-ci il yanvarın 20-də başlanılıb. Məlumata görə, indiyədək Şimali Kipr əhalisi yeraltı qaynaqlardakı sulardan istifadə edib. Həmin suya dənizin suyu da qarışdığından sakinlər əziyyət çəkirmiş.
Türkiyə Prezidenti vurğulayıb ki, yarım əsrdir davam edən Kipr məsələsi nəticəsiz qalıb: “Hər kəsin haqqına sayğı göstərdiyini bildirənlər öz torpaqlarında türkləri azlıq görmək istədilər”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button