İdman

Türkiyəli futbolçular Liqa 1-in simvolik komandasından kənarda qalıblar

Fransa Liqa-1-də 2020/21 mövsümünün simvolik komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Peşəkar Futbolçular Birliyi, Peşəkar Futbol Liqa rəhbərliyi və “Canal+” tərəfindən müəyyən edilən rəmzi “11-lik”lə bağlı maraqlı seçimlər aparılıb.
İkinci yeri tutan PSJ-nin 5 futbolçusu ən yaxşılar sırasına düşübsə, çempion “Lill” rəmzi heyətdə cəmi 2 futbolçu ilə təmsil olunub. 16 qolla “Lill”in bombardiri olan və çempionluqda böyük rol oynayan Burak Yılmaz kənarda qalıb. Onunla yanaşı, digər həmyerliləri Yusuf Yazıcı və Zəki Çelikə də “11-lik”də yer tapılmayıb.

Qapıçı: Keylor Navas (PSJ);Müdafiəçilər: Presnel Kimpembe, Markinyoş (hər ikisi PSJ), Reynaldo Mandava (“Lill”), Conatan Klauss (“Lans”);Yarımmüdafiəçilər: Benjamin Andre (“Lill”), Lukas Paketa (“Lion”), Orelen Çuameni (“Monako”);Hücumçular: Kilian Mbappe, Neymar (hər ikisi PSJ), Memfis Depay (“Lion”).

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button