İqtisadiyyat

Türkiyəli nazir işğaldan azad edilmiş Füzuli rayonuna səfər edib – VİDEO

Mətnə video əlavə olunub.
***
11:31
Türkiyənin nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayiloğlu və Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazir Rəşad Nəbiyevin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri başlayıb.
APA-nın Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, nazirlər rayonda yol, nəqliyyat, rabitə və kimi infrastruktur sahələrində görülən işlərlə tanış olublar, türkiyəli nazirə Horadiz-Ağbənd dəmiryolu, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihələri, eləcə də Füzuli Beynəlxalq Hava Limanı layihəsi üzrə hazırda görülən və planlaşdırılan işlər barədə ətraflı məlumat verilib.
İki dövlət arasında dostluq və qardaşlığın təməlinin dərin köklərə, ortaq mədəniyyətə söykəndiyini bildirən Adil Karaismailoğlu Türkiyə ilə Azərbaycan arasında rabitə-nəqliyyat sahəsində də əməkdaşlıq aparıldığını xüsusi vurğulayıb.
Nazir bildirib ki, qarşıdakı dövrdə də bu sahədə əməkdaşlıq davam etdiriləcək, bu məqsədlə yeni layihələr hazırlanıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button