Cəmiyyət

Türkiyənin milli təhsil naziri Bakı Atatürk liseyində olub

Azərbaycanda səfərdə olan Türkiyənin milli təhsil naziri Ziya Selçuk “Türk dünyası” Bakı Atatürk liseyini ziyarət edib.
“Report” xəbər verir ki, nazir liseyin kollektivi ilə görüşüb və onların fəaliyyəti ilə tanış olub.
Eyni zamanda, türkiyəli nazir liseyin yeni açılmış tədris binasında olub.
Z.Selçuk bildirib ki, liseyin verdiyi təhsil Türkiyə-Azərbaycan arasındakı əlaqələri daha da möhkəmləndirəcək. O, rəhbəri olduğu nazirlik tərəfindən bu istiqamətdə bütün dəstək işlərinin görüləcəyini vurğulayıb.
Mərasimdə qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı və Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım da iştirak edib.
Liseyin direktoru Eylem Gültekin təhsil müəssisəsinin fəaliyyəti, burada təhsil alan şagirdlərin bilik, uğur və nailiyyətləri haqqında Z.Selçuka məlumat verib.
O, həmçinin Azərbaycanda dövlət tərəfindən təhsilə ayrılan diqqət və qayğıdan söz açıb və bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirib.
Daha sonra Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan çıxış edib. O, çıxışında liseyin fəaliyyətini şərəflə davam etdirdiyini vurğulayıb. Bildirib ki, təhsil müəssisəsi bundan sonra da Vətənə, millətə, xalqa, dövlətə və bütövlükdə Türk dünyasına savadlı, bilikli və layiqli şəxslər yetişdirməkdə fəaliyyətini davam etdirəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button