Dünya

Türkiyənin pilotsuz döyüş təyyarəsi – FOTO – YENİLƏNİB

Türkiyənin aerokosmik sənaye qurumu olan “Baykar”ın rəhbəri Selçuk Bayraktar istehsal ediləcək yeni döyüş təyyarəsi barədə açıqlama verib.
“Report”un xəbərinə görə, o bildirib ki, yeni təyyarənin sürəti səs sürətinə yaxın olacaq.
“Bundan sonrakı layihəmizin prototipləri isə səsin sürətindən çox olacaq. Növbəti layihəmizi supersonik qabiliyyətə malik formada istehsal edəcəyik” – o əlavə edib.
12:34
“Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq”.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin aerokosmik sənaye qurumu olan “Baykar”ın rəsmi feysbuk hesabında paylaşım edilib.
Qeyd edək ki, Türkiyənin arsenalına qatacağı müasir texnologiyalı aerokosmik təyyarə, silah-sursat və avadanlıqları Milli Texnologiya Həmləsi proqramı çərçivəsində hazırlanmaqdadır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button