İdman

“Türkiyəyə çətin anlar yaşatmağa çalışacağıq”

“İki qardaş ölkənin yoldaşlıq görüşü üçün burada olduğum üçün xoşbəxtəm”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.
Türkiyədə təlim-məşq toplanışında olan yığmamız sabah yoldaşlıq görüşü çərçivəsində yerli komandanın qonağı olacaq.
İtaliyalı mütəxəssis qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb: “Türkiyə yığması Avropa çempionatına yüksələn güclü komandadır. Sabah yaxşı oynamağa, Türkiyəyə çətin anlar yaşatmağa çalışacağıq. Onlara çətinliklər yaratmağımız rəqibin də AVRO-2020-də işinə yaraya bilər”.
– Azərbaycan futbolunun potensialını necə görürsünüz?- Bu vəzifədə 10 aydır çalışıram. Koronavirus pandemiyası çətinliklərimizi artırdı. Azərbaycan millisi keyfiyyətli komandadır. Beynəlxalq arenalardakı oyunlarla böyüməyə və inkişaf etməyə çalışırıq. Azərbaycanın gələcəkdə daha güclü komanda olacağını düşünürəm.
– AVRO-2020-nin qrup mərhələsində keçiriləcək İtaliya – Türkiyə oyunu barədə nə düşünürsünüz?- Mançininin gəlişindən sonra İtaliya yığması yaxşı çıxış edir. Türkiyə yığmasının da sükanı arxasında Şenol Günəş kimi təcrübəli mütəxəssis olacaq. Maraqlı oyun olacağını düşünürəm.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button