Dünya

Türkmənistan Əfqanıstanla sərhədə ağır hərbi texnika göndərib

Türkmənistan Əfqanıstanla sərhəddə yerləşən Sərhədabad şəhərinə ağır hərbi texnikalar göndərib.
“Report”un məlumatına görə, bu barədə “Turkmen.news” portalı bir neçə məlumatlı mənbəyə istinadən xəbər verib.
Xüsusilə tanklar, silahlar və zirehli nəqliyyat vasitələri sərhədə yerləşdirilib. Redaksiyada müvafiq fotolar olsa da, nəşr çəkiliş müəlliflərinin təhlükəsizliyi naminə onları yayımlamayıb.
Mənbənin verdiyi məlumata görə, cənub sərhəd bölmələrinə son üç gündə bir neçə dəfə döyüş həyəcanı siqnalı verilib. Bundan əlavə, 9 iyul gecəsi Əfqanıstan ərazisindən güclü partlayış səsləri eşidilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button