Dünya

TÜRKPA-nın baş katibi Özbəkistan Senatının sədrini Bakıya dəvət edib

Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tanzila Narbayeva Buxara şəhərində keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qlobal parlamentlərarası əməkdaşlıq” mövzusunda beynəlxalq forumda iştirak edən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə baş tutmuş görüşü zamanı ölkəsinin TÜRKPA-ya qoşulmağa hazır olduğunu bildirib.
“Report”un məlumatına görə, görüş zamanı Senat sədri Özbəkistanın türkdilli ölkələrlə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, Assambleyaya qoşulmaq barədə qərar qəbul edildiyini diqqətə çatdırıb.
TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov Özbəkistanın Türk dünyası üçün, ümumilikdə regionun inkişafında mühüm rol oynadığını, onun Assambleyaya qoşulmasının türkdilli ölkələr arasında əməkdaşlığın gələcək inkişafına yeni təkan verəcəyini bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button