İqtisadiyyat

TURKUAZ layihəsi çərçivəsində növbəti konteyner qatarı Azərbaycana gəlib

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – TURKUAZ layihəsi çərçivəsində daha bir  konteyner blok qatarı Türkiyədən Azərbaycana gəlib.
MMC-dən “APA-Economics”ə verilən məlumata görə,  Ankaranın Marşandiz stansiyasından yola çıxan blok qatarın təyinat məntəqəsi ADY Konteyner MMC-nin Sumqayıt Terminalıdır. “Azərbaycan Dəmir Yolları”na məxsus 20 futluq 32 konteynerdə Türkiyədən ölkəmizə sənaye məqsədli ümumi çəkisi 880 ton olan soda məhsulu gətirilib.
Yeni logistik məhsul olan TURKUAZ layihəsi çərçivəsində həftədə iki dəfə olmaqla Türkiyədən Azərbaycana və əks istiqamətdə yükdaşımalar həyata keçirilir.
İxrac-idxal  yükləri  daşıyacaq qatarın müntəzəm olaraq fəaliyyət göstərməsi Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artmasına, bu xəttin imkanlarının genişlənməsinə və  rəqabət qabiliyyətinin güclənməsinə təkan verəcək.
TURKUAZ ekspress blok qatarı ilə həmçinin, Avropadan Türkiyənin Qara dəniz və Aralıq dənizi limanlarına gətirilən yüklərin Azərbaycana çatdırılması nəzərdə tutulur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button