Cəmiyyət

Ucar sakini traktorla yolun kənarı ilə gedən həmkəndlisini vuraraq öldürüb

Ucar rayonunda yol-nəqliyyat hadisəsi olub.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 15-də saat 20 radələrində Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində kənd sakini R.Hüseynov idarə etdiyi “Belarus” markalı traktorla yolun kənarı ilə gedən həmkəndlisi Fəqani Murtuzovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Ucar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button