Cəmiyyət

Ucarda yol qəzasında 19 yaşlı gənc yaralandı

Ucar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Mustafayev Rəcəb Ramin oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona sağ sirkə kasasının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button