İdman

UEFA Bakı Olimpiya Stadionunda keçirilən 3-cü oyunda tamaşaçı sayını açıqlayıb

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilən 3-cü oyunun tamaşaçı sayı bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu UEFA açıqlayıb.
Dünən keçirilən A qrupunun III turunun İsveçrə – Türkiyə qarşılaşmasını (3:1) 17 min 138 seyrçi izləyib.
Bu, Bakıda baş tutan qrup mərhələsinin üç matçı arasında ikinci göstəricidir. II turun Türkiyə – Uels oyununda (0:2) daha çox 19 min 762 azarkeş qeydə alınıb.
İlk turda baş tutan Uels – İsveçrə qarşılaşması (1:1) isə Bakıdakı təşkil olunanlar arasında ən az tamaşaçı olan görüşdür. Bu oyunu 8 min 782 izləyici seyr edib.
Üç matçda ümumilikdə 45682 azarkeş qeydə alınıb. Orta hesabla hər matçda 15227 tamaşaçı olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button