İdman

UEFA prezidenti Avropa çempionatının bir daha builki formatda keçirilməyəcəyini açıqlayıb

UEFA prezidenti Aleksander Çeferin Avropa çempionatının builki formatını dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, sloveniyalı futbol funksioneri yarışın müxtəlif ölkələrdə keçirilmə ideyasını dəstəkləməyib.
O, bir daha AVRO-2020-dəki kimi format tətbiq edilməyəcəyini deyib: “AVRO-2020-nin formatının ədalətli olmadığını düşünürəm. Bir daha bunu tətbiq etməyəcəyik. Bəzi komandalar 10 min, bəziləri isə min kilometr yol qət edirlər. Bu düzgün deyil”.
Qeyd edək ki, iyulun 11-də final oyunu keçiriləcək AVRO-2020 Bakı da daxil olmaqla, qitənin 11 müxtəlif şəhərində təşkil olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button