İdman

UEFA prezidenti Avropa çempionatının bir neçə ölkədə keçirilməsinə qarşı çıxıb

“Avropa çempionatının startına şadıq. Bu, tunelin sonunda işıq, ümid verir”.
Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.
Sloveniyalı qurum başçısı buğun start götürən AVRO-2020 barədə fikirlərini bildirib. O, qitənin 11 şəhərində, o cümlədən Bakıda keçirilən yarışın müxtəlif ölkələrdə təşkilindən narazılığını gizlətməyib: “Futbol insanlara ümid bəxş edir. Bu, bizim üçün vacibdir. Turnirin bir neçə ölkədə keçirilməsinə gəlincə, mən belə formulu dəstəkləmirəm. Düşünmürəm ki, yaxın gələcəkdə yenə belə edəcəyik”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button