İdman

UEFA prezidenti növbəti dəfə Superliqada qalan klublara xəbərdarlıq etdi

UEFA prezidenti Aleksander Çeferin hələ də Avropa Super Liqasından imtina etməyən klublar barədə danışıb.

“Report”un məlumatına görə, sloveniyalı funksioner “Associated Press”ə açıqlamasında növbəti dəfə həmin komandaları Çempionlar Liqasından kənarlaşdırmaqla hədələyib.

Çeferin bildirib ki, Superliqada qalan İspaniyanın “Barselona” və “Real Madrid” klubları, həmçinin İtaliya “Yuventus”u son qərarlarını verməlidirlər: “Desələr ki, biz turnirdən çıxmırıq, Çempionlar Liqasında oynamayacaqlar. Buna hazırdırlarsa, öz Superliqalarında mübarizə apara bilərlər”.

Qeyd edək ki, Avropa Super Liqasını aprelin 18-də İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi”, İspaniyanın “Real Madrid”, “Barselona” və “Atletiko” (Madrid), İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 9 klub turniri tərk etdiyini açıqlayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button