İdman

UEFA yeni konvensiya üzərində işə başlayıb

UEFA Avropa futbolunun inkişafına həsr olunan yeni konvensiya üzərində işə başlayıb.
Apasport.az saytının məlumatına görə, qurum yaxın bir neçə ayda klublar, futbolçular, məşqçilər, agentlər və fan-birləşmələrin nümayəndələri ilə uzunmüddətli fəaliyyət planlarını müzakirə edəcək, qitə futbolundakı islahatlar barədə fikir mübadiləsi aparacaq.
Konvensiya 4 prinsipə əsaslanacaq. Birincisi, maliyyə dayanıqlığı və Avropa futbolundakı məsuliyyətdir. İkinci prinsip rəqabətin artırılması, həmrəylik ödənişlərinin savadlı bölgüsü və futbolçuların inkişafı üzərində işdir.
Konvensiyanın üçüncü tərəfi milli və beynəlxalq səviyyəli idarəçiliklə bağlı tədbirlərin görülməsidir. Sonuncu məqam isə qadın futbolunun bütün səviyyələrdə inkişafı və statusunun qaldırılmasıdır.
Məsləhətləşmələrin ilk mərhələsi iyulda – AVRO-2020-nin son həftəsində baş tutacaq. Prosesdə FİFA, quruma üzv olan digər konfederasiyalar, Avropa İttifaqı və Avropa Şurasının nümayəndələri də iştirak edə bilər. Sentyabrda tərəflər müzakirələri davam etdirəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button